Bakı sakinləri odlu silahla tutulub

03
mar
2018
15:00
Əvvəllər məhkum olunmuş Bakı şəhər sakinlərindən odlu silah aşkar edilərək götürülüb.BAKU.WS DİN-in saytına istinadən verdiyi məlumata görə, Nərimanov rayon 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Radik Ələsgərovdan 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 5 ədəd patron aşkarlanıb.Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nurəddin Məmmədovdan da “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron götürülüb.BAKU.WS

Oxşar xəbərlər
Bakıda silahlı şəxslər TUTULDU - İstintaq çəkilişindən GÖRÜNTÜLƏR (VİDEO)
Bakıda Sabunçu və Səbail polisi üzərində silah gəzdirən şəxsləri saxlayıb. Onlardan birinın üzərindən ''naqan'', digərlərindən isə avtomat aşkar edilərək götürü...