Pul kartı oğurlayanı polis tutdu

Pul kartı oğurlayanı polis tutdu
Hadisə 988
Nəsimi RPİ-nin 21-ci Polis Bölməsinə müraciət edən rayon ərazisində kirayədə yaşayan Bərdə sakini pul kartının oğurlandığını və hesabından təxminən 5 min manatın çıxarıldığını bildirib.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib. Verilən məlumata görə, müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb.Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakini Murad Allahverdiyev polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. O, törətdiyi əməli etiraf edib.Faktla bağlı araşdırma aparılır. BAKU.WS

Oxşar xəbərlər

Metroda soyğunçuluq və oğurluq edən şəxslər saxlanılıblar

Metroda soyğunçuluq və oğurluq edən şəxslər saxlanılıblar

Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən metro stansiyalarında, tuneldə hərəkətdə olan qatarlarda cinayətkarlığa qa...

687 Hadisə 11:45 20 noyabr 2018

Son xəbərlər