Bakıda maşın oğruları həbs edildi

Bakıda maşın oğruları həbs edildi
Hadisə 1273

Nəqliyyat vasitəsi qaçırmaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib. Verilən məlumata görə, əməliyyat Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilib.

Polis şöbəsinə müraciət edən Bakı şəhər sakini H.Quliyev “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.

Məlumatla əlaqədar dərhal müvafiq tədbirlər görülüb. Əməliyyat-axtarış tədbirləri nəticəsində “Mercedes” Binəqədi qəsəbəsi ərazisində üzərinə başqa avtomobilə məxsus dövlət qeydiyyat nişanları taxılmış və yük yeri əzilmiş vəziyyətdə tapılıb.

Araşdırmalar zamanı həmin dövlət qeydiyyat nişanlarının “QAZ-5312” markalı avtomobilin üzərindən oğurlandığı da müəyyən edilib.

Görülmüş tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar - Azər İbrahimov və Seymur Paşayev polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Ziya SƏCCADBAKU.WS

Oxşar xəbərlər

Bakıda avtomobil qaçırdılar

Bakıda avtomobil qaçırdılar

Avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.Bildirilib ki, Səbail RPİ...

685 Hadisə 13:15 27 oktyabr 2018

Son xəbərlər