Bakıda qadını avtomobillə vurub qaçan sürücü tutuldu

Bakıda qadını avtomobillə vurub qaçan sürücü tutuldu
Hadisə 1223
Mayın 5-də Bakı şəhər sakini Aynurə Məmmədovanın xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə Xəzər rayon Polis İdarəsinin 2-ci polis şöbəsinə məlumat daxil olub.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla Buzovna qəsəbə sakini olan piyadanın həmin gün saat 20 radələrində qəsəbə ərazisində yolu keçərkən avtomobillə vurulduğu məlum olub.Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və 2-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Mercedes” markalı avtomobillə törədilməsi müəyyən edilib.Görülmüş tədbirlərlə hadisə yerindən yayınmaqda şübhəli bilinən həmin nəqliyyat vasitəsini idarə edən Şağan qəsəbə sakini Fərhad Cəbrayılov polis əməkdaşları tərəfindən saxlanılıb.Faktla bağlı araşdırma aparılır.BAKU.WS

Oxşar xəbərlər

Polis əməkdaşlarına müqavimət göstərən şəxs saxlanılıb

Polis əməkdaşlarına müqavimət göstərən şəxs saxlanılıb

Polis əməkdaşlarına müqavimət göstərən şəxs saxlanılıb.BAKU.WS-in DİN-in saytına istinadən verdiyi məlumata görə, Xətai RPİ əməkdaşlarının əldə edilmiş məlumat...

1252 Hadisə 17:36 03 mart 2018

Son xəbərlər