Azərbaycanda film kimi hadisə: qızı və maşını qaçırdı

Azərbaycanda film kimi hadisə: qızı və maşını qaçırdı
Hadisə 3253

Şamaxıda oğurladığı avtomobillə qız qaçıran sürücü tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, martın 14-də saat 9 radələrində Şamaxı şəhəri ərazisində şəhər sakini, əvvəllər məhkum olunmuş Bilal Abdullayev idarə etdiyi "KİA” markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə həmin ərazidə xidmət aparan yol polisi əməkdaşı tərəfindən saxlanılıb.

Bu zaman avtomobildəki sərnişin, Bakı şəhər sakini olan qadın N.İ polis əməkdaşına sürücü tərəfindən zorla aparıldığını bildirərkən B.Abdullayev avtomobillə hadisə yerindən qaçıb.   

Dərhal görülmüş tədbirlərlə avtomobil şəhər ərazisində saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərməsinə baxmayaraq, sürücü zərərsizləşdirilərək Şamaxı Rayon Polis Şöbəsinə gətirilib.   

Əməliyyat tədbirləri ilə B.Abdullayevin idarə etdiyi "KİA” markalı avtomobilin Bakı şəhər sakini Əşrəf Seyidzadəyə məxsus olduğu və bu nəqliyyat vasitəsini həmin gün saat paytaxtın Yasamal rayonu ərazisində usta işlədiyi təmir sexindən qaçırdığı da müəyyən edilib. 

Arzu Mirzəyeva

BAKU.WS

Oxşar xəbərlər

Bakıda avtomobilindən silah aşkarlanan şəxs onu götürərək qaçıb

Bakıda avtomobilindən silah aşkarlanan şəxs onu götürərək qaçıb

Yol hərəkəti qaydalarını pozduğuna görə saxlanılan sürücünün avtomobilindən silah aşkarlanıb. BAKU.WS xəbər verir ki, Bakı şəhər sakini Seymur Xudaverdiyev ida...

3065 Hadisə 14:03 04 fevral 2017

Son xəbərlər