Piyadanı öldürən və hadisə yerindən qaçan avtobus sürücüsü tutuldu
03
fev
2018
14:20
Fevralın 2-si saat 07:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsində yolu keçən 55-60 yaşlı kişi müəyyən edilməmiş avtomobillə vurulub və nəticədə hadisə yerində ölüb.BAKU.WS xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində ölən şəxsin paytaxt sakini Məsim Həsənov olması, hadisənin isə “Isuzu” markalı avtobusla törədildiyi müəyyən edilib.Görülmüş tədbirlərlə hadisə yerindən qaçan həmin xətt avtobusunun sürücüsü - Bakı şəhər sakini Ramiz Kərimov saxlanılaraq istintaqa cəlb olunub.Faktla bağlı cinayət işi başlanılıb. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
BAKIDA DƏHŞƏT: Oğul atasını bıçaqlayıb öldürdü, sonra meyitini yandırdı
Daxili İşlər Nazirliyi Bakıda oğulun atasını bıçaqlayaraq qətlə yetirdikdən sonra meyitini yandırması barədə məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən BAKU....