Dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Hadisə 768

Şəmkir rayonu ərazisində dələduzluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakini polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.

Verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini M.Abbasovun bank hesabından 200 manatını çıxararaq oğurlamaqda, həmçinin rayon sakinləri olan 2 qadını aldadaraq dələduzluq yolu ilə pullarını almaqda şübhəli bilinən şəxs saxlanılıb.

Araşdırmalarla onun Gəncə şəhər sakini Əli Əzizov olduğu müəyyənləşdirilib.

Polis əməkdaşları tərəfindən Ə.Əzizovun törətdiyi digər analoji əməllərinin də üstü açılıb. Onun cari il oktyabr ayının 21-dən noyabr ayının 5-dək olan müddətdə şəhər sakinləri olan daha 2 qadını aldadaraq bank hesablarındakı 340 manatı kart vasitəsilə çıxardığı da müəyyən edilib.

Rayon Polis Şöbəsində araşdırma aparılır.

BAKU.WS

Oxşar xəbərlər

ATV-nin jurnalistinin maşını qarət olundu

ATV-nin jurnalistinin maşını qarət olundu

Yasamal rayonu ərazisində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.Bu barədə Daxili İşlər Nazirliyinin mətbu...

1079 Hadisə 12:23 12 noyabr 2018

Son xəbərlər