Qəsdən əmlakı məhv etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Cari il oktyabr ayının 29-da Masallı rayonunun Bədəlan kəndi ərazisində Nicat Həsənova məxsus evdə yanğın baş verib.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib. Verilən məlumata görə, hadisə nəticəsində 100 kvm. sahədə konstruksiyalar və oradakı əşyalar yanıb, xəsarət alan olmayıb.
Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində evi qəsdən yandırmaqda şübhəli bilinən kənd sakini Taleh Həsənov müəyyən edilərək saxlanılıb. Polis əməkdaşları tərəfindən onun digər analoji cinayət əməllərinin də üstü açılıb.
Belə ki, onun oktyabr ayının 19-dan 31-dək olan müddətdə həmkəndliləri olan qohumları Vüqar Məmmədzadənin evini və Hakim Həsənovun “VAZ-2106” markalı avtomobilini, habelə atasına məxsus yardımçı təsərrüfatı yandırdığı da müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə cinayət işi başlanılıb.
BAKU.WSOxşar xəbərlər
Azərbaycanda əməliyyat –78 nəfər saxlanıldı
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 125 cinayət faktı qeydə alınıb.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məl...