Azərbaycanda əməliyyat –78 nəfər saxlanıldı
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 125 cinayət faktı qeydə alınıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib. Verilən məlumata görə, cinayətlərdən 24-ü “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 16 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 31 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Bundan başqa, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan şəxslər saxlanılıblar.
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 312-ci (rüşvət vermə) maddələri ilə axtarışda olan İlqar Məmmədov saxlanılıb.
Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 181-ci (quldurluq) maddələri ilə axtarışda olan Adil Nuriyev saxlanılıb.
Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.
BAKU.WSOxşar xəbərlər
Azərbaycanda əməliyyat – 79 nəfər saxlanıldı
Oktyabrın 8-dən 9-dak daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmət...