Polis əməliyyat keçirdi – Axtarışda olan 18 nəfər saxlanıldı

Polis əməliyyat keçirdi – Axtarışda olan 18 nəfər saxlanıldı
Hadisə 1088
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 101 cinayət faktından 18-nin üstü “isti izlər”lə açılıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 16 cinayətin açılması təmin olunub.Axtarışda olduğuna görə ümumilikdə 36 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 18 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Respublikanın avtomobil yollarında baş vermiş iki yol-nəqliyyat hadisəsi nəticəsində dörd nəfər xəsarət alıb.Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli altı fakt müəyyənləşdirilib.Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda əməliyyat – 75 nəfər saxlanıldı

Azərbaycanda əməliyyat – 75 nəfər saxlanıldı

Sentyabr ayının 7-dən 8-dək respublikanın daxili işlər orqanları tərəfindən 116 cinayət faktı qeydə alınıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS...

843 Hadisə 10:37 08 sentyabr 2018

Son xəbərlər