Azərbaycanda əməliyyat – 75 nəfər saxlanıldı
08
sen
2018
10:37
Sentyabr ayının 7-dən 8-dək respublikanın daxili işlər orqanları tərəfindən 116 cinayət faktı qeydə alınıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, qeydə alınan cinayətlərin 26-sı "isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 25 cinayətin açılması təmin olunub.Bundan başqa, axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib.Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.BAKU.WS
Oxşar xəbərlər
Bayram axşamı polis əməliyyat keçirdi – 30 nəfər saxlanıldı
Respublikanın daxili işlər orqanları tərəfindən avqustun 21-i, gün ərzində 127 cinayət faktı qeydə alınıb, onların da 27-si “isti izlər”lə açılıb.Daxili İşlər N...