Dünən ölkədə 118 cinayət hadisəsi baş verib

Dünən ölkədə 118 cinayət hadisəsi baş verib
Hadisə 1272
2018-ci il iyul ayının 27-dən 28-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 118 cinayət faktı qeydə alınıb, onların da 25-i “isti izlər”lə açılıb.Əvvəlki dövrlərdən bağlı qalmış 5 cinayətin açılması təmin olunub.Bundan başqa, axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 26 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Məlumata görə, ötən gün respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 5 nəfər xəsarət alıb.Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.BAKU.WS

Son xəbərlər