Neftçalada Bakı sakininin maşınını yandırdılar

Əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Natiq Cavasov BAKU.WS-ə məlumat verib. Hadisə oktyabrın 14-nə keçən gecə Neftçala şəhəri ərazisində qeydə alınıb.
Bakı şəhər sakini F.Eynullayevin içərisində 9000 manat pulu olan “KİA” markalı avtomobilin yandırılması barədə rayon Polis Şöbəsinə məlumat daxil olub.
Faktla əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində əmlakı qəsdən məhv etməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun şəhər sakini İbrahim Muradov olduğu məlum olub.
RPŞ-də araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda qadınlara qənim kəsilən şəxslər ələ keçdi
Soyğunçuluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Nizami RPİ-nin 25-ci Po...