Bakının mərkəzində turistləri qarət edən Vüqarı polis həbs etdi

02
avq
2018
12:29
Oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Natiq Cavadov BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, nazirliyin “102 – Zəng Mərkəzi” Xidmətinə Səbail rayonunun Xaqani və H.Hacıbəyov küçələrində əcnəbi vətəndaşların yaşadıqları 2 mənzildən oğurluq edilməsi barədə müraciətlər daxil olub.Məlumatlarla əlaqədar Səbail RPİ-nin 39-cu Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb və mənzillərin birindən 3 ədəd velosiped, digərindən isə mobil telefon, ətir və tütün məmulatının oğurlandığı müəyyən edilib.“İsti izlər”lə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş Vüqar Dünyamalıyev olduğu müəyyən edilib.Oğurlanmış velosipedlər və mobil telefon maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülüb.Faktla bağlı cinayət işi başlanılıb.BAKU.WS

Oxşar xəbərlər
Gəncədə cinayət törədib, Bakıya qaçanlar tutuldu – Polisdən əməliyyat
Gəncədə oğurluq edən şəxslər Bakıda tutulub.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, iyulun 18-nə keçən gecə Gəncə şəhərin...