Bakıda kirayənişinin başına oyun açdılar

11
mar
2019
13:30
Martın 10-da Nəsimi rayonu ərazisində kirayədə yaşayan Daşkəsən rayon sakini N.Tağıyev 20-ci Polis Bölməsinə müraciət edərək martın 8-də evinə gəlmiş 3 nəfər tərəfindən döyülməsini, 1900 manat pulunun və avtomobil açarının alınmasını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırma aparılıb.Nəsimi RPİ 20-ci Polis Bölməsi və Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə sübhəli bilinən Gəncə şəhər sakini R.Məmmədov və Samux rayon sakini, əvvəllər məhkum olunmuş E.Həsənli Gəncə ərazisində müəyyən edilərək saxlanılıblar.Faktla bağlı araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Avtomobillərdən oğurluq edən saxlanıldı
Avtomobillərdən oğurluq edən saxlanılıb.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Nəsimi rayonu ərazisində avtomo...