Bakıda qadınlara xəncərlə hücum çəkdilər

Bakıda qadınlara xəncərlə hücum çəkdilər
Hadisə 1660
Bakıda quldurluq etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə müraciət edən 2 qadın dekabrın 17-də saat 20 radələrində F.X.Xoyski küçəsində 2 naməlum şəxsin onları xəncərlə hədələyərək 130 manat pullarını aldıqlarını bildiriblər.Polis əməkdaşları müraciətlə bağlı müvafiq tədbirlər görüb. 18-ci Polis Şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Babək rayon sakini, əvvəllər məhkum olunmuş Saleh Əliyev və Biləsuvar rayon sakini Samir Muradov saxlanılıblar.Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.BAKU.WS

Oxşar xəbərlər

Sumqayıtda əməliyyat – Saxlanılanlar var

Sumqayıtda əməliyyat – Saxlanılanlar var

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhərində ayrı-ayrı vaxtlarda evlərdən, mağazalardan və avtomobillərdən oğurluqlar e...

1517 Hadisə 13:15 12 dekabr 2018

Son xəbərlər