Avtomobillər qarət olundu

Avtomobillər qarət olundu
Hadisə 683

Avtomobillərdən oğurluq edənlər yaxalanıblar.

Bu barədə Daxili İşlər Nazirliynin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.

Verilən məlumata görə, Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində “Toyota” markalı avtomobildən 3000 manat və 150 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Adəm Bağırov saxlanılıb.

Əlahiddə Çevik Polis Alayı və Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə rayon ərazisində “Great wall” markalı avtomobildən 1500 manat və içərisində sənəd olan çanta oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Anar Axundov saxlanılıb.

Onun digər analoji əməllərinin də üstü polis əməkdaşları tərəfindən açılıb. A.Axundovun daha 2 avtomobildən pul, mobil telefon, sənəd, bəzək əşyaları və parfümeriya oğurlaması müəyyən edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.

BAKU.WS

Oxşar xəbərlər

Oğurluq edənlər tutuldu

Oğurluq edənlər tutuldu

Oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib. Verilən məlumata görə, əmə...

666 Hadisə 13:15 10 dekabr 2018

Son xəbərlər