VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


İyunun 17-dən 19-a kimi Bakıda keçiriləcək  Formula 1 Avropa Qran prisi yarışları zamanı Ermənistan ordusu qoşunların təmas xəttində hücuma cəhd edə bilər.

BAKU.WS-in Anspress-ə istinadən verdiyi məlumata görə ,bu barədə Müdafiə Nazirliyinin keçmiş işçisi, polkovnik-leytenant Üzeyir Cəfərov Ermənistan ordusuna əhv edilmiş dustaqların və Donbas terrorçularının cəlb edilməsi xəbərini şərh edən zaman bildirib: "Əslində, Ermənistan bu adamları orduya əsgər çatışmazlığı üzündən cəlb etməyə çalışır. Amma bununla belə, Ermənistan heç bir beynəlxalq hüquqa hörmət etməyən bir dövlət kimi istənilən addımı ata bilər".

Erməni mətbuatının yaydığı məlumata görə, mayın 15-də İrəvanın "Vardaşen" həbsxanasının 8 dustağı əfv edilərək Qarabağa göndərilib. Həmçinin Ukrayna Ali Radasının deputatı Dmitri Timçuk öz "Facebook" səhifəsində 300-ə yaxın Donbas separatçısının mümkün hərbi əməliyyatlarda iştirak etmək üçün Dağlıq Qarabağa göndərildiyini bildirib.

BAKU.WS