Ermənistanda ordu kampaniyası fiaskoya uğradı
Aprel döyüşlərində yaşadığı uğursuzluqdan sonra Ermənistan ordusuna yardım üçün bütün dünya ermənilərinin başladığı ianə kampaniyası çərçivəsində cəmi 8 milyon dollar vəsait yığılıb.
ANS PRESS-in məlumatına görə, Ermənistan ordusunın işğal edilmiş Azərbaycan ərazilərində yaratdığı yerli idarəetmə rejimindən bildirilib ki, ianə üçün dörd valyuta - dram, dollar, avro və rubl üzrə ayrı-ayrı hesablar yaradılıb, yəni dünyadakı bütün erməni diasporundan kömək gözlənilib. Lakin aprelin 4-dən mayın 3-ə kimi bununla bağlı yaradılmış xüsusi ianə fonduna cəmi 5115 hüquqi və fiziki şəxs pul keçirib. Beləliklə, son bir ay ərzində erməni mətbuatı tərəfindən geniş təbliğ edilən aksiyanın elə də ciddi nəticə vermədiyi ortaya çıxıb.
Azərbaycan Müdafiə Nazirliyinin keçmiş əməkdaşı, polkovnik-leytenent Üzeyir Cəfərov ANS PRESS-ə musahibəsində Ermənistan ordusunun bir ay ərzində cəmi 8 milyon dollar yığmasını gülünc rəqəm adlandırıb: "8 milyon dollara bir tank belə almaq mümkün deyil. İndi normal tank 10 milyon dollardan bahadır. Aprel döyüşlərində qarşı tərəfin təmas xəttini keçmək istəyən 10 -dan çox tankı vurulub”.
Polkovnik-leytenentın dediklərini Ermənistan ordusunun yaydığı məlumatlar da təsliqləyir. Mayın 1-də açıqlama yayan Ermənistan tərəfi aprel döyüşlərində vurulmuş Ermənistan ordusuna məxsus 14 tankdan artıq 6-nın təmiri başa çatıb.
Üzeyir Cəfərovun sözlərinə görə, bu erməni xalqının, xüsusilə də diasporanın Ermənistanı idarə edən «Qarabağ» klanına inamının itməsinin göstəricisidir: «Aprelin əvvəlində baş vermiş döyüşlər göstərdi ki, istər erməni diasporunun ianələri ilə, istər Rusiyanın verdiyi 200 milyon dollarlıq krediti ilə alınmış sursatlar Azərbaycan ordusu tərəfindən darmadağın ediləcək. Buna görə də pul vermək istəmirlər. Azərbaycan Müdafiə Nazirliyi də sübut etdi ki, uzunmüddətli döyüş aparmağa qadirdir».
Bu fikir bir sıra erməni ekspertlər tərəfindən də vurğulanır. Məsələn, Ermənistan ordusunun aprelin sonlarında Azərbaycanın yaşayış məntəqələrini aramsız gecə atəşlərinə tutmasını erməni ekspert Armen Arakelyan həmin günlərdə militarist "hetq.am" portalında yazdığı məqaləsində Ermənistanın rəsmi Bakının apardığı siyasətə uduzduğunu yazır.
"Məsələ bundadır ki, Ermənistan ordusu yalnız düşmənin qarşısını almaq üçün öz resurslarını nə qədər çox xərcləyirsə, öz arsenalını da bir o qədər çox tükədir. Halbuki, Azərbaycan bahalaşan neft və qazın satışından gələn gəlirləri ilə daima onu bərpa etmək imkanına malikdir. Qarşıdurma üçün erməni tərəfinin nə maliyyə resursu, nə də insan potensialı var və yaxın gələcəkdə də olmayacaq".
Azərbaycan Müdafiə Nazirliyinin mayın 4-ə yaydığı məlumat da Armen Arakelyanın dediklərini təsdiqləyir. Nazirliyin məlumatına görə, Ermənistan silahlı qüvvələrinə qarşı əks-həmlə əməliyyatları zamanı istifadə edilmiş sursat və mərmilərin yerlərinin doldurulması, eləcə də əlavə ehtiyatların yaradılması məqsədilə Azərbaycanın hərbi sənaye komplekslərində, Rusiya və digər ölkələrin hərbi müəssisələrində istehsal edilən müxtəlif silah, texnika, digər döyüş elementləri üçün nəzərdə tutulmuş hər növ çaplı sursat və mərmilər qoşunların sərəncamına verilir.
Müdafiənin ön xəttində, eləcə də cəbhəboyu zonada yerləşən hərbi hissələrin təyin olunmuş döyüş dəstləri ilə təminatı normalara uyğun eşalonlaşdırılır. Eyni zamanda uzun müddətli döyüş əməliyyatları aparmaq üçün əlavə toxunulmaz ehtiyatların da yaradılması istiqamətində tədbirlər davam etdirilir.
Azərbaycan xalqı da müharibəyə hazırdır. Heç bir təbliğat olmadan mayın 1-ə olan vəziyyətə Azərbaycan ordusuna yardım fonduna 74 milyon manat, yəni təxminən 50 milyon manat yığılıb. Bu rəqəm göstərir ki, münaqişə sülh yolu ilə həll edilməzsə, Azərbaycanın dövləti ilə yanaşı xalqı da ölkənin ərazi bütövlüyünü müharibə yolu ilə təmin etməyə qərar verib.
BAKU.WS
Oxşar xəbərlər
Ermənilər Qarabağ döyüşlərindəki itkilərini etiraf etdi: 14 tank (VİDEO)
Ermənistan ordusunun aprel döyüşlərində 14 tankı sıradan çıxıb. BAKU.WS-in məlumatına görə, bu barədə Ermənistan KİV-i yazır. Aprelin əvvəlində gedən döyüşlər...