Ermənistan Müdafiə Nazirliyi Qarabağdakı itkiləri etiraf etdi: 92 nəfər
Ermənistan Müdafiə Nazirliyi 4 günlük müharibədə verdikləri itkiləri açıqlayıb.
BAKU.WS-in məlumatına görə, 2-5 aprel tarixlərində Qarabağda gedən ağır döyüşlərdə təmasın xəttində 92 nəfər itkisi olub. Həlak olanlardan 15-i zabit, 34-ü əsgər, 11-i xüsusi təyinatlı, 2-si ehtiyatda olan hərbçi olub.
Ermənistan tərəfi döyüşlərdə ağır itkilər verdiyini bir neçə gün mərhələli şəkildə açıqlayır. Bir neçə gün öncə Ermənistan tərəfi cəmi 18 itkisi olduğunu iddia edirdi.
Qeyd edək ki, aprelin 1-dən 2-ə keçən gecə Ermənistan ordusu Qarabağda təxribat törətməyə cəhd edib. Azərbaycan ordusunun cavab tədbirləri nəticəsində Ermənistan ordusuna layiqli cavab verilib.
BAKU.WS
Oxşar xəbərlər
Ermənilərin Qarabağda itkilərinə aid şok rəqəm (RƏSMİ)
Ermənistan tərəfi Qarabağda 2-5 aprel tarixlərində aqressiyaya əl atması nəticəsində Ordumuz tərəfindən aldığı zərbələr nəticəsində itkilərini açıqlayıb. BAKU...