Zirəddin Rzayev Rusiya telekanalını məhkəməyə verdi

Zirəddin Rzayev Rusiya telekanalını məhkəməyə verdi
Hadisə 1501

 

"Ekstrasenslərin döyüşü" şousunun ən məşhur iştirakçılarından biri - 35 yaşlı Zirəddin Rzayev Rusiyanın NTV televiziya şirkətini məhkəməyə verib.

BAKU.WS virtualaz.org saytına istinadən xəbər verir ki, buna ekstrasensin şəklinin kanalın rəsmi saytında yerləşdirilməsi səbəb olub. Zirəddin Rzayevin sözlərinə görə, proqramın "Ehtiyatlı olun, fırıldaqçılar: teleekstrasensiya Rusiya vətəndaşlarına necə təsir edir" məzmunlu yazı onun işgüzar nüfuzuna xələl gətirir.

Ekstrasens ona vurulmuş mənəvi ziyanla bağlı 5 milyon rubl təzminat istəyir. Bununla yanaşı, bütün süjetlərin internetdən silinməsini və ondan üzr istənilməsini televiziya şirkətindən tələb edir: "Efirdə məni tibbi təhsilimin və lisenziyamın olmaması ilə bağlı ittiham ediblər. Məndə bütün bunlar var! Mən kliniki psixoloqam, klinikada işləyirəm. Şəklimin onların verilişində yayımlanmasına icazə vermirəm".

"Mən öz qələbəmi əvvəlcədən görürəm, qanunların gücünə də inanıram. Məhkəmə uzun müddət ləngiyəcək. Lazım gələrsə, mən Rusiya prezidenti Putinin yanına gedəcəm və hüquqlarımı bərpa edəcəyəm", - Z.Rzayev açıqlamasında bildirib.

BAKU.WS

Oxşar xəbərlər

Emrah Acunu məhkəməyə verdi

Emrah Acunu məhkəməyə verdi

Türkiyənin tanınmış sənətçilərindən olan Emrah TV8 kanalının rəhbəri Acun Ilıcalını məhkəməyə verib. BAKU.WS Türkiyə KİV-nə istinadən məlumat verir ki, müğənn...

1496 Şou-biznes 15:48 14 aprel 2016

Son xəbərlər