Bakıda ilanla fala baxan ekstrasens tutuldu
Bakıda məşhur ekstrasens tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən BAKU.WS-ə verilnə məlumata görə, Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, 2014-cü ilin noyabr ayında Bakı şəhər sakini Təranə Babayevanın etibarından sui-istifadə edərək özünü ekstrasens kimi təqdim etməklə 4200 manatını alaraq dələduzluqda şübhəli bilinən Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Tamilla Salamova tutulub. Faktla bağlı araşdırmalar davam etdirilir. Qeyd edək ki, T.Salamova kanallardan birində yayımlanan yarışın qalibi olub. O, müxtəlif televiziya kanallarında ayrı-ayrı verilişlərə qonaq qismində qatılıb. Ekstrasensin saytında T.Salamovanın "İnsanlardan, onların evlərindən cin, şeytan, ruhu uzaqlaşdırmaq və cadu çıxarmaq qabiliyyətinə malik olduğu" iddia edilir. O, evində ilan saxlayıb, fala da ilanlarla baxıb. Ziya Səccad
BAKU.WS
Oxşar xəbərlər
Bakıda qadının 150 minlik cinayəti
Bakıda oğurluqda şübhəli bilinən qadın tutulub. Bakı şəhər Baş Polis İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, sentyabrın 12-də Bəyimxanım Əkbərbəyovanın ev...