Emrah Acunu məhkəməyə verdi

Emrah Acunu məhkəməyə verdi
Şou-biznes 1496

 

Türkiyənin tanınmış sənətçilərindən olan Emrah TV8 kanalının rəhbəri Acun Ilıcalını məhkəməyə verib.

BAKU.WS Türkiyə KİV-nə istinadən məlumat verir ki,  müğənni "Unuda bilsem”, "Götür beni gittiğin yere”, "İhtiyacı var” adlı əsərlərininin "O ses Türkiye”, "Yetenek Sizsiniz” və "Rising Star” adlı proqramlarda ondan icazə alınmadan istifadə edilməsi iddiası ilə  "Acun Media”nı məhkəməyə verib, 225 min türk lirəsi maddi, 119 min türk lirəsi isə mənəvi təzminat tələb edib.

Bununla bağlı müğənni jurnalistlərə açıqlamasında bunları deyib:

"Bu təkcə mənimlə bağlı bir mövzu deyil. Məndən başqa bütün bəstəkarlara hörmətsizlik edilib, haqları ödənməyib, adları belə yazılmayıb. Biz də tv rəhbərlərin bu hüquqa zidd əməlinə etiraz etdik. Bundan sonra qanunauyğun hərəkət edərlər". 

BAKU.WS

Oxşar xəbərlər

Zauru məhkəməyə verdilər

Zauru məhkəməyə verdilər

Məşhur teleaparıcı Zaur Baxşəliyev məhkəməyə verilib. BAKU.WS AzNews.az-a istinadən məlumat verir ki, İmişli rayon, Hacıalmuradlı kənd sakini Kamran Həşimov a...

3192 Hadisə 12:58 27 fevral 2016

Son xəbərlər