Zaqatalada ADAM OĞURLUĞU: Prokurorluğun qarşısından qızı zorla qaçırdılar

Zaqatalada adam oğurluğu baş verib.
BAKU.WS xəbər verir ki, yerli sakinlərin Lent.az-a verdiyi məlumata görə, hadisə avqustun 31-də səhər saat 5 radələrində Zaqatala Rayon Prokurorluğunun qarşısında qeydə alınıb.
"Hyundai i30" avtomobilində olan şəxslər qadını zorla maşına basaraq qaçırıblar. Qadın qışqıra-qışqıra maşının pəncərəsindən ayaqlarını çıxararaq özünü avtomobildən atmaq istəyib. Lakin buna nail ola bilməyib.
Hadisə baş verən zaman məsciddən çıxan yerli sakinlər qadını qaçıran avtomobili təqib etməyə başlayıblar. Qax rayonu istiqamətində hərəkət edən həmin avtomobil təqib edildiyinin fərqinə varıb və yüksək sürət yığaraq gözdən itib.
Hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib.
Əldə olunan məlumata görə, artıq faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.
Oxşar xəbərlər
Beyləqanda yanğına səbəb olan şəxs məsuliyyətə cəlb olunub
Beyləqan rayonunun Bolsulu qəsəbəsinin ərazisində yanğın törədən şəxsi polis saxlayıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional...
