Xəzər dənizində daha bir neftçinin meyiti tapıldı

Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyindən verilmiş məlumata əsasən, 2 aprel 2016-cı il tarixində Xəzər dənizinin Türkmənistan sahillərində tapılmış meyitin, ilkin olaraq, "Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin olduğu ehtimal edilir.
BAKU.WS-in FHN-ə istinadla verdiyi məlumata görə, bununla əlaqədar meyitin şəxsiyyətinin müəyyən olunması və ölkəyə gətirilməsi üçün aidiyyəti qurumlar məlumatlandırılıb.
Fövqəladə Hallar Nazirliyinin "BE-200ÇS” amfibiya tipli təyyarəsinin istintaq qrupu ilə birgə cəsədin tanınması və respublikaya gətirilməsi məqsədilə Türkmənistana göndərilməsi üçün hazırlıq işlərinə başlanılıb.
BAKU.WS

Oxşar xəbərlər
Meyiti tapılan neftçi Qarabağ döyüşçüsü imiş (FOTO)
Xəzər dənizinin Türkmənistan sektorunda tapılmış meyitin "Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə taxta bənd işçisi vəzifəsində işləmiş Sahib Güloğla...