Türkmənistanda meyiti tapılan neftçilərin adları bilindi

Türkmənistanda meyiti tapılan neftçilərin adları bilindi
Hadisə 1308

 

Dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 və ''Günəşli'' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.

BAKU.WS-in SOCAR-a istinadla verdiyi məlumata görə, Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilmiş iki cəsədin kimliyi bəlli olub.

SOCAR əməkdaşları tərəfindən aparılmış ilkin baxış nəticəsində verilmiş məlumata əsasən, tapılanlar ''Günəşli'' yatağında baş vermiş qəza nəticəsində itkin düşmüş Quliyev Əzizağa Nöhbala oğlu və Abdullayev Adil Ələkbər oğlunun cəsədləridir.

Qeyd edək ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin amfibiya tipli təyyarəsi istintaq qrupu və SOCAR-ın Azneft İB-nin işçiləri ilə birlikdə cəsədlərin tanınması və Respublikaya gətirilməsi üçün Türkmənistana yola düşmüşdü. 

BAKU.WS

Son xəbərlər