Daha bir neftçinin meyiti Türkmənistan sahillərində tapıldı

Xəzərin Türkmənistan sahillərində meyit tapılıb.
BAKU.WS Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, tapılan meyitin Azərbaycanın "Günəşli” yatağındakı 10-cu özüldə baş vermiş qəza nəticəsində itkin düşənlərdən biri olduğu ehtimal edilir. Bununla əlaqədar, FHN "BE-200ÇS” amfibiya tipli təyyarəsinin istintaq qrupu ilə birgə cəsədin tanınması və respublikaya gətirilməsi məqsədilə Türkmənistana göndərilməsi üçün hazırlıq işlərinə başlanılıb. Xatırladaq ki, dekabrın 4-də güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. Ziya Babayev BAKU.WS

Oxşar xəbərlər
Daha bir neftçinin meyiti Türkmənistanda tapıldı, FHN təyyarə göndərdi
"Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşmüş neftçilərdən daha birinin cəsədi tapılıb. BAKU.WS-in Türkmənistan...