Xırdalanda yaşayış kompleksində YANĞIN BAŞLAYIB
Xırdalan şəhərində yerləşən "Kristal Abşeron" yaşayış kompleksində mənzillərdən birində yanğın başlayıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisənin baş verdiyi mənzilə daxil olmaq mümkün deyil, yanğının miqyası isə genişlənir.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, Nazirliyin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Qeyd olunub ki, əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətinin qüvvələri cəlb olunublar.
Oxşar xəbərlər
Bakıda polisllər baş verə biləcək bədbəxt hadisənin qarşısını vaxtında aldılar
Bu gün axşam Bakının Suraxanı rayonu ərazisində minik maşını yanıb. Bu barədə hadisə şahidləri BAKU.WS-in "qaynar xətti"nə məlumat veriblər. Bildirilir ki, Əmir...