Türkmənistan sahillərində tapılan meyitin neftçiyə məxsus olduğu aşkarlandı
Xəzər dənizinin Türkmənistan sahillərində aşkar edilmiş cəsəd identifikasiya olunub.
BAKU.WS-in SOCAR-a istinadla verdiyi məlumata görə, aprelin 2-də Xəzər dənizinin Türkmənistan sahillərində aşkar edilmiş cəsədin DNT analizinin nəticələri məlum olub.
Ekspertlərin rəyinə əsasən, cəsəd 28 May NQÇ-nin 10 saylı dərin dəniz özülündə nəzarət ölçü cihazlarının çilingəri Rzaxanov Edik Rivazin oğlunundur. O, dekabrın 4-də təbii fəlakət nəticəsində "Günəşli” yatağında baş vermiş qəzada itkin düşən neftçilərdəndir. Mərhuma Allahdan rəhmət, doğmalarına və əzizlərinə səbr diləyirik.
Dekabrın 4-də Neft Daşlarındakı 501 saylı və ''Günəşli'' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.
BAKU.WS
Oxşar xəbərlər
Xəzər dənizində tapılan cəsəd neftçinin imiş
Febralın 21-də Xəzər dənizinin Neftçala ərazisində aşkar edilmiş cəsədin DNT analizinin nəticələri məlum olub. BAKU.WS-in SOCAR-a istinadla verdiyi məlumata g...