Xəzər dənizində tapılan cəsəd neftçinin imiş
Febralın 21-də Xəzər dənizinin Neftçala ərazisində aşkar edilmiş cəsədin DNT analizinin nəticələri məlum olub.
BAKU.WS-in SOCAR-a istinadla verdiyi məlumata görə, ekspertlərin rəyinə əsasən, cəsəd SOCAR-ın Nəqliyyat İdarəsinin əməkdaşı Xudaverdiyev Cavad Xudaverdi oğlunundur.
O, dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 saylı dəniz özülündə baş vermiş qəzada itkin düşən 3 neftçidən biridir. Mərhuma Allahdan rəhmət, doğmalarına və əzizlərinə səbr diləyirik.
Dekabrın 4-də Neft Daşlarındakı 501 saylı və ''Günəşli'' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.
BAKU.WS
Oxşar xəbərlər
Türkmənistanda meyiti tapılan neftçinin kimliyi məlum oldu
Aşkar edilmiş cəsədin kimliyi müəyyən olunub. SOCAR-ın mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, yanvarın 29-da Xəzər dənizinin Türkmənistan sektoru...