Türkmənistanda meyiti tapılan neftçinin kimliyi məlum oldu

Türkmənistanda meyiti tapılan neftçinin kimliyi məlum oldu
Hadisə 942

Aşkar edilmiş cəsədin kimliyi müəyyən olunub.

SOCAR-ın mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, yanvarın 29-da Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilən cəsədin DNT analizinin nəticələri məlum olub. Ekspertlərin rəyinə əsasən, cəsəd "Neftqaztikinti” Trestində çalışmış Səmədov Xoşbəxt Xanış oğlunundur. Qeyd edək ki, ötən ilin dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 və ''Günəşli'' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir. Ziya Babayev BAKU.WS 

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər