Toyu yasa dönən məmur oğlu - Ağdaşdakı qətllə bağlı TƏFƏRRÜATLAR
16
avq
2017
12:38
Dünən gecə Ağdaş rayonunun Qəribli kəndində qanlı hadisə baş verib. Kənd sakini 1980-ci il təvəllüdlü Savxanov Cabir Möylan oğlu şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı həmkəndlisi, 1995-ci il təvəllüdlü Sahib Baris oğlu Həsənovu bıçaqlayıb.Sahib qanaxma nəticəsində həyatını itirib. Ağdaş rayonunda baş verən qətl hadisəsi ilə bağlı təfərrüatlar məlum olub.BAKU.WS xəbər verir ki, kənd icra nümayəndəsi Nicat İsmayılov Yenicag.az-a açıqlamasında hadisə ilə bağlı ətraflı məlumat verib:“Sahiblə Cabir qonşu olublar, əvvəllər də aralarında heç bir münaqişə, düşmənçilik olmayıb. Dünən bizim icra nümayəndəliyində çalışan işçimizin övladının toyu idi. Mən də, Sahib, Cabir və Sahibin atası da elə o toyda idik. Biz gündüz saat 1-də Sahibin atasıyla toydan çıxdıq.Kənddə də toy saat 8-də başa çatır axı. Toydan sonra kəndin uşaqları, o cümlədən də Sahiblə Cabir mağardan çıxıb, məhəllədə yığışıblar. Bu məqamda Cabirlə Sahib mübahisə edib. Cabir içkili olub. Mübahisə vaxtı cibindən bıçaq çıxararaq, Sahibi ayağından vurub. Ətrafdakı uşaqlar hay-küy salıblar, atasına xəbər veriblər.O məqamda da Sahibi qan aparıb, xəstəxanaya aparanda da gec olub. Elə xəstəxanaya çatanda keçinib. Necə özlərini itiriblərsə, onu yaxınlıqdakı Yevlax xəstəxanasına deyil, Ağdaşa aparıblar”.N. İsmayılovun dediyinə görə, 22 yaşlı Sahib iki bacının bir qardaşı imiş. Nişanlı olan Sahibə atası gələn ay toy edəcəkmiş.Qeyd edək ki, mərhum Sahib Həsənov Qəribli kəndinin daxil olduğu Aşağı Nəvətava kənd bələdiyyəsinin sədri Baris Həsənovun oğludur.Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda məmur oğlunu qanına qəltan etdilər
Ağdaş rayonunda qətl hadisəsi törədilib.BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qəribli kəndində qeydə alınıb. Kənd sakini 1980-ci il təvəllüdlü...