Toyda dava düşdü, bəy TUTULDU

Toyda dava düşdü, bəy TUTULDU
Hadisə 176

Rusiyanın paytaxtı Moskvada keçirilən toy mərasimi kütləvi dava ilə başa çatıb.

BAKU.WS xəbər verir ki, hadisə Lyublino rayonundakı restoranlardan birində baş verib.

Məlumata görə, gecə saatlarında 20-dən çox şəxsin iştirak etdiyi dava başlayıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub və ümumilikdə 24 nəfər, o cümlədən bəy və gəlin saxlanılıb.

Məhkəmə zamanı iştirakçılar davanın baş vermədiyini iddia etsələr də, saxlanılanlardan biri tapançadan atəş açdığını etiraf edib. Həmin şəxs 14 sutka inzibati həbs cəzası alıb.

Davada iştirak edən digər şəxslərin əksəriyyəti 10 sutka müddətinə həbs edilib. Gəlin də daxil olmaqla dörd nəfər isə cərimələnib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlanıb

Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlanıb

Bakının Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlanıb. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, həyata keçirilən tədbirl...

46 Hadisə 17:01 22 sentyabr 2026

Son xəbərlər