Taksi sürücüsü həbs edildi: Hava limanından müştəri götürübmüş

Taksi sürücüsü həbs edildi: Hava limanından müştəri götürübmüş
Hadisə 11905

Bakı Beynəlxalq Hava Limanında icazəsiz sərnişin daşıyan taksi sürücüsü həbs edilib.

BAKU.WS "Qaynarinfo"ya istinadla xəbər verir ki, hadisə dekabrın 11-i gecə saat 3 radələrində baş verib.

Belə ki, 1997-ci il təvəllüdlü G.H. barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib olunub və iş məhkəmədə araşdırılıb.

Məlum olub ki, G.H. hava limanı ərazisində icazəsiz sərnişindaşıma fəaliyyəti ilə məşğul olduğu üçün saxlanılıb.

Saxlama otağında olarkən avtomobil açarının növbətçi hissədə saxlanmasına etiraz etdiyi üçün barəsində məhkəməyə təqdimat verilib.

Məhkəmənin qərarı ilə G.H. barəsində 15 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Sədərək-Binə yolunda lampa daşıyan yük maşını kül oldu

Sədərək-Binə yolunda lampa daşıyan yük maşını kül oldu

Sədərək-Binə yolunda lampa daşıyan yük maşınında yanğın baş verib. BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, hadisə zamanı yük maşınında olan lampal...

118 Hadisə 00:02 12 avqust 2026

Son xəbərlər