Tağı Əhmədov video-şantaj iddialarından danışdı

Tağı Əhmədov video-şantaj iddialarından danışdı
Hadisə 1260
 

Son günlər bəzi kütləvi informasiya vasitələrində, o cümlədən musavat.com -da Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov barəsində yazılan qalmaqallı xəbərlər səngimək bilmir.

Hazırda Yeni Azərbaycan Partiyasının Yasamal rayon Təşkilatının sədri olan Tağı Əhmədovun adı "MTN işi"nin qurbanları sırasında hallanmaqla yanaşı, onun həm də bir müddət əvvəl bağlanan banklardan birində 8 milyon manat pulunun batdığı iddia olunur.

Musavat.com -un müxbiri yayılan məlumatlara aydınlıq gətirmək məqsədilə Bakı Metropoliteninin sabiq rəisi ilə telefon əlaqəsi yaradıb. Tağı müəllim mətbuatda barəsində yer alan informasiyaların həqiqətə əsaslanmadığını və onda gülüş doğurduğunu söyləyib: "Yazılanlar qərəz və böhtandan başqa bir şey deyil. Nə hər hansısa cinayətin qurbanı olmuşam, nə də bankda pul batırmışam. Yazılanlar reallığı əks etdirmir. Görünür, bəzi saytlar adımı hallandırdıqları belə gülünc xəbərlərlə özlərinə reytinq qazanmağa çalışırlar".

BAKU.WS

Oxşar xəbərlər

Tağı Əhmədovdan bir neçə milyon manatının bankda batması xəbərinə reaksiya

Tağı Əhmədovdan bir neçə milyon manatının bankda batması xəbərinə reaksiya

Bakı Metropolitenin sabiq rəisi, Yeni Azərbaycan Partiyası Yasamal rayon Təşkilatının sədri Tağı Əhmədov bağlanan bankalarda bir neçə milyon manat vəsaitinin ba...

2343 Sosial 09:33 19 fevral 2016

Son xəbərlər