Tağı Əhmədovdan bir neçə milyon manatının bankda batması xəbərinə reaksiya
Bakı Metropolitenin sabiq rəisi, Yeni Azərbaycan Partiyası Yasamal rayon Təşkilatının sədri Tağı Əhmədov bağlanan bankalarda bir neçə milyon manat vəsaitinin batması barədə xəbərlərə reaksiya verib.
BAKU.WS xəbər verir ki, Tağı Əhmədov azvision.az-a açıqlamasında haqqında yayılan xəbərlərin yalan olduğunu bildirib.
"Kim nə istəyir yazsın, bu, məni maraqlandırmır. Guya mənim milyonlarım batıb. Ağ yalandır” - deyə T.Əhmədov vurğulayıb.
Qeyd edək ki, mətbuatda manatın ucuzlaşmasından sonra Tağı Əhmədovun bağlanan banklarda bir neçə milyon manat vəsaitinin batması barədə xəbər yayılıb.
BAKU.WS
Oxşar xəbərlər
2016-cı ilin yeni dövlət büdcəsinin detalları açıqlandı: 2 milyard manat əlavə
Milli Məclisin fevralın 23-də müzakirə edəcəyi 2016-cı ilin yeni dövlət büdcəsi layihəsinin detalları məlum olub. Layihədə büdcənin gəlirlər hissəsi 2 milyard...