Azərbaycanda vəkil vəkili məhkəməyə verib 1 manat tələb edir

Azərbaycanda vəkil vəkili məhkəməyə verib 1 manat tələb edir
Sosial 2181

Vəkil Adəm Məmmədov həmkarı Elçin Sadıqovu məhkəməyə verib.

BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə A.Məmmədov özü məlumat verib.

Vəkil bildirib ki, məhkəməyə müraciət etməsinə səbəb E.Sadıqovun onun barəsində həqiqətə uyğun olmayan məlumatlar yayması, şərəf və ləyaqətini təhqir etməsidir:

"Cavabdeh vəkil Sadıqov Elçin Əli oğlu tərəfindən bəzi Kütləvi İnformasiya Vasitələrində şəxsiyyətim və fəaliyyətim barədə mənfi rəy yaratmağa yönələn, habelə şərəf və ləyaqətimi, işgüzar nüfuzumu ləkələyən, həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Həmin məlumatların yalan məlumatlar kimi tanınması, KİV-də və internet portalları vasitəsilə təkzib olunması, cavabdeh Sadıqov Elçin Əli oğlunun üzr istəməsi və mənə dəymiş mənəvi zərərin əvəzi olaraq 1 (bir) manat pul vəsaitinin tutularaq xeyrimə ödənilməsi haqqında Göygöl rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etdim”.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər