Bəzi informasiya saytlarının rəhbərləri Baş Prokurorluğa çağırıldı (RƏSMİ)
Azərbaycan Respublikası Baş Prokurorluğu bəzi kütləvi informasiya vasitələrinə xəbərdarlıq edib. Qurumun mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, son dövrlərdə bir sıra kütləvi informasiya vasitələrində "Kütləvi informasiya vasitələri haqqında” qanunun 10 və 11-ci maddələrinin tələbləri kobud surətdə pozularaq müxtəlif dövlət strukturları, onların rəhbərləri və əməkdaşları haqqında, eləcə də Baş Prokurorluqda istintaq olunan cinayət işləri üzrə həqiqətə uyğun olmayan, böhtan xarakterli informasiyalar düzgünlüyü yoxlanılmadan yayımlanıb. Göstərilənlərlə əlaqədar Müstəqil İnformasiya Agentliyi (Mia.az), "Cumhuriyyət”, "Qaynarinfo”, "Gündəminfo”, "Criminal.az”, "Strateq.az”, "İstiqlal.az”, Jurnalist Araşdırma Mərkəzi (JAM.az) və digər kütləvi informasiya vasitələrinin rəhbərləri Baş Prokurorluğa dəvət edilib. Onlara "Prokurorluq haqqında” qanunun 22-ci maddəsinə müvafiq olaraq reallığa uyğun olmayan, qərəzli və böhtan xarakterli məlumatların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə bu xarakterli məlumatların yayılmasını davam etdirəcəkləri təqdirdə barələrində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq ediliblər. Ziya Səccad BAKU.WS
Oxşar xəbərlər
Əli Həsənov yalan məlumat yayan KİV-lərə xəbərdarlıq etdi
"KİV-lərin sərbəst fəaliyyəti üçün yaradılmış əlverişli şəraitdən son zamanlar sui-istifadə halları artıb. Xüsusilə internet media orqanlarında müxtəlif dövlət...