Bakıda alimi maşın vuraraq öldürdü
Dünən günorta saatlarında Yasamal rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
BAKU.WS DİN-ə istinadən xəbər verir ki, avqustun 6-da saat 16 radələrində H.Cavid prospektində qeydə alııb.
Bakı şəhər sakini Ruslan İsmayılov idarə etdiyi "Daewoo” markalı avtomobillə yolu keçən paytaxt sakini Seyid Nisə Seyid Rzayevanı vurub.
Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb. Yasamal RPİ tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, 1947-ci il təvəllüdlü Seyid-Rzayeva Seyid-Nisə Mir Tağı qızı Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda aparıcı elmi işçi vəzifəsində çalışıb. O, 1980-ci ildə dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb. "Yarımkeçiricilər fizikası” üzrə dosent elmi adına layiq görülüb. Faktı institutun direktor müavini Cavad Abdinov da "Qafqazinfo"ya açıqlamasında təstiqləyib.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda sərnişinin qapısından yıxılıb öldüyü avtobusun sürücüsü tutulub
Bakıda sərnişinin ölümünə səbəb olan avtobus sürücüsü tutulub. Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan BAKU.WS-ə verilən birgə məlumatda qeyd o...