MTN məsələsinə görə həbs olunduğu deyilən məmur danışdı (EKSKLÜZİV)

MTN məsələsinə görə həbs olunduğu deyilən məmur danışdı (EKSKLÜZİV)
Hadisə 1799

"Aztelekom” rəhbəri Məhəmməd Məmmədovun həbs olunmasıyla bağlı məlumatlar yayılıb.

BAKU.WS-in məlumatına görə, bəzi kütləvi informasiya vasitələrində bildirilir ki, M. Məmmədov tutduğu vəzifədən azad olunub. Onun MTN ətrafında aparılan istintaq hərəkətlərinin növbəti dalğasında günahlandırılaraq həbs olunduğu deyilirdi.   Məsələni dəqiqləşdirmək üçün BAKU.WS olaraq birbaşa "Aztelekom” rəhbəri Məhəmməd Məmmədovla əlaqə saxladıq. Qurum rəhbəri BAKU.WS-ə bildirdi ki, haqqında yazılanlar həqiqətə uyğun deyil. "Mən hazırda iş başındayam. Barəmdə yazılanlar həqiqəti əks etdirmir”, - deyə Məhəmməd Məmmədov bildirib. Ziya Səccad BAKU.WS

Son xəbərlər