Əli Abbasovun evindən 1 milyon oğurlanması xəbəri yayıldı

Əli Abbasovun evindən 1 milyon oğurlanması xəbəri yayıldı
Hadisə 970

Bir sıra internet informasiya resurslarında sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun Goradildə bağ evindən oğurluq edildiyi barədə informasiyalar yayılıb.

BAKU.WS-in həmin informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, nazirin evindən nə az, nə çox, 1 milyon manat pul oğurlanıb. Oğrular həyətdəki öyrədilmiş itin də zərərsizləşdirilməsi üçün plan cızıb. Yəni, bir müddət hasardan itə yem verərək özlərinə öyrəşdiriblər. Bundan sonra həyətə girib niyyətlərini gerçəkləşdiriblər. Yayılan məlumatlarda , hadisə ilə bağlı araşdırmanınMilli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən aparılıb və oğrular saxlanılıb. Həmin vaxt Əli Abbasov oğrulara pulun bir qismini qaytarmaq şərtiylə azadlığa buraxılmalarına şərait yaradacağını təklif edib. Amma oğrular bu təklifdən imtina ediblər və hazırda da cəzaçəkmə müəssisələrindədirlər. ANSpress Əli Abbasov ilə əlaqə saxlamağa müvəffəq olub. Nazir onun barəsində yazılan məlumatlara belə münasibət bildirib.

"Mən də xəbərləri oxumuşam.Yazıblar ki, guya oğurluq edən şəxslər artıq həbs olunublar. Axı, həbs birdən olmur. Bunun üçün məhkəmə olmalıdır. Bu hadisə nə vaxt baş verdi ki, məhkəmə də oldu. Həbs olunanlar kimdir? Adları belə yoxdur. Həm də yazırlar ki, bu işə MTN baxır. MTN-lə oğurluğun nə əlaqəsi? Guya, bağımdakı iti də zərərsizləşdiriblər. Yazılanların həqiqətə uyğun deyil", - deyə sabiq nazir qeyd edib. Əli Abbasov onu da əlavə edib ki, onun həqiqətən də 1998-ci ildən Goradildə bağ evi var. Amma oradan heç nə oğurlanmayıb. BAKU.WS

Son xəbərlər