Soyundurdu, videoya çəkdi, butulka ilə... - Gəncədə oğlandan əlilə qarşı AĞLASIĞMAZ BİABIRÇILIQ
09
iyn
2018
13:42
Gəncə şəhərində hədə-qorxu yolu ilə pul və əmlak tələb etməkdə təqsirli bilinən 1993-cü il təvəllüdlü Ziyad Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.BAKU.WS “Publika.az” saytına istinadən xəbər verir ki, Ziyad Mustafayev 2017-ci il iyulun 17-də, saat 21.30-da əvvəllər tanıdığı və həmyaşıdı olan Sahib Babayevlə (ad və soyad şərti verilib – red.) rastlaşıb.Tanıdığı həmyaşıdını sahibsiz yerə gətirdiO, həmin vaxt Sahib Babayevi şəhərin Gülüstan qəsəbəsi Əziz Əliyev prospektində yerləşən “Benzin” adlı fəaliyyəti dayandırılmış, ətrafı dəmir örtüklə çəpərlənmiş yanacaqdoldurma məntəqəsinə gətirib.Orada Ziyad Mustafayev Sahib Babayevi əvvəlcə döyüb, ondan pul verməsini tələb edib. Amma Sahib ona verəcək pulu olmadığını deyib.Döydü və soyundurduBundan əsəbiləşən Ziyad Mustafayev Sahib Babayevin sifətinə bir neçə dəfə əli ilə vurub və üzərində olan soyuq silah hesab edilməyən turist bıçağı ilə onu öldürməklə hədələyib.Sonra o, Sahib Babayevin qollarını və ayaqlarını özü ilə gətirdiyi narıncı rəngli lentlə bağlayıb, əynindəki şalvarını soyundurub.Əxlaqsız hərəkətDaha sonra o, Sahib Babayevə qarşı özü ilə gətirdiyi bir litirlik “Bonaqua” markalı içərisi yarıya kimi su ilə dolu olan plastik su qabı ilə əxlaqsız, çirkin hərəkətlər edib. Ziyad Mustafayev həmin hərəkətləri öz mobil telefonu vasitəsi ilə videoya çəkib.Şantaj və pul tələbiSonra Ziyad Mustafayev həmin videonu yaymaqla, Sahib Babayevi biabir edəcəyi ilə hədələyib. Bu videonu yaymamaq üçün Ziyad Mustafayev ondan pul verməsini tələb edib.Həmin vaxt Sahib Babayevin ona verməyə pulu olmayıb. Ziyad Mustafayev onu hadisə yerindən buraxıb və pulu gətirmək üçün ona bir gün vaxt verib.İki gün vaxt verildiErtəsi gün Sahib Babayev Ziyad Mustafayevin təyin etdiyi görüş yerinə gəlib, ona pulu olmadığını deyib. Sahib Babayev həmin vaxt ona hər birinin dəyəri 120 manat olan 2 ədəd “Samsung Grand 2” markalı mobil telefonunu verib.Amma Ziyad Mustafayev bununla razılaşmayıb. O, Sahib Babayevə daha iki gün möhlət verib. Deyib ki, iki gün ərzində onu qane edən pulu gətirməsə, həmin videonu yayacaq, sosial şəbəkəyə yerləşdirəcək, onu rüsvay edəcək.1000 manat tələb etdi, yaxalandıƏlil olan gənc iki gün sonra, yəni iyulun 20-də təqaüd kartına yüklənən 141 manat məbləğində pulu bankomatdan çıxarıb və Ziyad Mustafayevə verib.Daha sonra o, Sahib Babayevdən 1000 manat verməsini tələb edib. Bundan sonra Sahib Babayev hüquq-mühafizə orqanlarına müraciət edib. Onun müraciəti əsasında keçirilmiş əməliyyat nəticəsində Ziyad Mustafayev yaxalanıb.İstintaq orqanı tərəfindən Ziyad Mustafayevin barəsində Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu yolu ilə tələb etmə; zor tətbiq etmə ilə törədildikdə) maddəsi ilə ittiham elan edilib.Şantaj etdi, cəzasını aldıGəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ziyad Mustafayev 7 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.Hökmdən narazı qalan Ziyad Mustafayev apelyasiya şikayəti verib. O, şikayətində barəsində olan hökmün ləğv edilməsini, cinayət işinə xitam verilməsini istəyib.Ziyad Mustafayevin şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Əlizamin Abdullayevin sədrlik etdiyi kollegiyada araşdırılıb.Hakim heyəti apelyasiya şikayətinin dəlillərini araşdırandan sonra qərar elan edib. Qərara görə, Ziyad Mustafayevin apelyasiya şikayəti təmin olunmayıb.BAKU.WS
Oxşar xəbərlər
Məktəblini qamışlığa və tualetə saldı, zorladı, videoya çəkdi – Azərbaycanda iyrənc hadisə
Cəlilabad rayonunda qəsdən adam öldürməyə cəhd etməkdə təqsirli bilinən 2000-ci il təvəllüdlü Ayxan Məmmədovun (cinayət işində adı keçən təqsirləndirilən və zər...