SON DƏQİQƏ: Bakıda daha bir bazar yanır - VİDEO (YENİLƏNİB-3)

SON DƏQİQƏ: Bakıda daha bir bazar yanır - VİDEO (YENİLƏNİB-3)
Video
Hadisə 15725

Bakı şəhəri, Nəsimi rayonunda ("3-cü mikrorayon bazarı" adlanan ərazidə) baş verən yanğın söndürülüb.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Əlavə məlumat veriləcək.

18:22

FHN-dən BAKU.WS-ə verilən məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda (3-cü mikrorayon bazarı adlanan ərazidə) baş verən yanğın saat 18:00 dəqiqədə məhdudlaşdırılıb.

Əlavə məlumat veriləcək.

18:01

Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Nəsimi rayonunda ("3-cü mikrorayon bazarı" adlanan ərazidə) yanğın olması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Oxşar xəbərlər

Son xəbərlər