İsmayıllıda ağır qəza: 1 ölü, 7 yaralı - FOTO

Göyçay-İsmayıllı avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə bu gün saat 10:00 radələrində Kürdmaşı və Qaraməryəm kəndləri arasında qeydə alınıb.
Şəki-Bakı marşrut xətti üzrə hərəkət edən "Ford Tranzit" markalı sərnişin mikroavtobusu qarşıdan gələn "VAZ 21099" markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində "VAZ 21099"un sürücüsü, 1979-cu il təvəllüdlü Kərimov Malik Neyman oğlu hadisə yerində ölüb, 7 nəfər sərnişin - 1966-cı il təvəllüdlü Rauf Həsənov, 1957-ci il təvəllüdlü Nazim Süleymanov, 1999-cu il təvəllüdlü Ruslan Neymanzadə, 1993-cü il təvəllüdlü Türkanə İsrafilli, 1970-ci il təvəllüdlü Tərlan İsmayılov və adı hələ naməlum iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə FHN-nin xilasediciləri və polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Qalereya

Oxşar xəbərlər
Ağsuda mikroavtobus aşdı: yaralılar var
Ağsu rayonunda yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir yolunda, Muradlı kəndi ərazisində qeydə alınıb. 1...