Gədəbəydə yol qəzası baş verib - 4 nəfər xəsarət alıb

31
dek
2019
16:53
Gədəbəy rayonunda yol qəzası baş verib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə Yenikənd kəndi ərazisində qeydə alınıb.
Belə ki, qəza nəticəsində 1936-cı il təvəllüdlü İsa Fərman oğlu Həsənov, 1975-ci il təvəllüdlü Fərman İsa oğlu Həsənov, 1989-cu il təvəllüdlü Vüsal Əkbər oğlu Verdiyev və 1991-ci il təvəllüdlü İsmayıl Səyyaf oğlu İsmayılzadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
Sabirabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
Sabirabad rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS “Report”a istinadla xəbər verir ki, hadisə rayonun Cavad...