Sabirabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb

Sabirabadda avtomobil aşıb, 4 nəfər xəsarət alıb
Hadisə 330

Sabirabad rayonunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS “Report”a istinadla xəbər verir ki, hadisə rayonun Cavad kəndi ərazisində qeydə alınıb.

Belə ki, “Mersedes” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə rayonun Cavad kənd sakinləri, 1961-ci il təvəllüdlü Cəbrayıov Yasəf Ağanəcəf oğlu, onun oğlu, 1996-cı il təvəllüdlü Cəbrayılov Ağanəcəf Yasəf oğlu, 1959-cu il təvəllüdlü Manafov Məmməd Novruz oğlu və 1962-ci il təvəllüdlü Nuriyev Asif Məmməd oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Hadisə zamanı xəsarət alan ata və oğul ilk tibbi yardım aldıqdan sonra ambulator müalicəyə buraxılıb. M. Manafov Şirvan Rayon Mərkəzi Xəstəxanasına və A. Nuriyev isə Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Təcili yardım maşını aşdı - 5 nəfər yaralandı

Təcili yardım maşını aşdı - 5 nəfər yaralandı

Sabirabad rayonunda yol qəzası baş verib. "Report”un Aran bürosunun verdiyi məlumata görə, hadisə rayonun Xankeçən kəndi ərazisində qeydə alınıb. Belə ki, Səhiy...

925 Hadisə 15:52 08 noyabr 2018

Son xəbərlər