Salyanda "06" traktorla toqquşub - Yaralananlar var

Salyanda 06 traktorla  toqquşub - Yaralananlar var
Hadisə 1151
Axşam saatlarında Salyan rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.BAKU.WS “Report”a istinadən xəbər verir ki, rayonun Alçalı kəndi ərazisi ilə hərəkətdə olan “VAZ-2106” markalı avtomobil qarşıda gedən qoşqulu traktora çırpılıb.Nəticədə avtomobildə olan rayonun Sarvan kənd sakinləri - 1995-ci il təvəllüdlü Qafarov Rabil Habil oğlu, 1989-cu il təvəllüdlü Əmənov Nazim Qabil oğlu və 1994-cü il təvəllüdlü Quliyev Pərvin İlqar oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.Faktla bağlı araşdırma aparılır.BAKU.WS

Son xəbərlər