Bakıda dəhşətli qəza - Ölənlər var

Bakıda dəhşətli qəza - Ölənlər var
Hadisə 651

Bakıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Qala qəsəbəsində qeydə alınıb. "VAZ-2105" markalı və BMW markalı avtomobillər toqquşub.

Nəticədə “VAZ-2105”in sürücüsü, 1967-ci il təvəllüdlü Hidayət Hümbətov, sürücünün qardaşı, 1958-ci il təvəllüdlü Ağasəf Hümbətov, sürücünün qızı, 1989-cu il təvəllüdlü Rəvanə Hümbətova və onun oğlu 2011-ci il təvəllüdlü Rəvan Hümbətov aldıqları xəsarətdən hadisə yerində ölüblər.

Həmin avtomobildə olan digər sərnişinlər - 1971-ci il təvəllüdlü Reyhan Sədullayeva və 2014-cü il təvəllüdlü Əli Hümbətov müxtəlif bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər.

Həmçinin BMW-nin sürücüsü Vüqar Dadaşov da xəsarət alıb.

Oxşar xəbərlər

Şəkidə yeniyetmə qızları maşın vurdu

Şəkidə yeniyetmə qızları maşın vurdu

Şəki rayonunda 3 nəfər yeniyetmə qızın yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə axşam saa...

1528 Hadisə 11:09 08 aprel 2019

Son xəbərlər