Skuterin vurduğu aktrisanın vəziyyəti açıqlandı
Bir neçə gün öncə skuterin vurduğu, Gənc Tamaşaçılar Teatrının aktrisası İradə Rəşidovanın vəziyyəti açıqlanıb.
BAKU.WS-in məlumatına görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, aktirisa iyunun 6-da saat 01:00-da Respublika Neyrocərrahiyyə Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
"Açıq kəllə-beyin travması, baş-beyin əzilməsi, ənsə nahiyəsinin kəllə ətraflarına keçən xətti sınığı, ənsə nahiyəsində dərialtı hematoma diaqnozları təyin edilən pasiyentin müvafiq şöbədə müalicəsi davam etdirilir. Vəziyyəti stabildir".
Oxşar xəbərlər
Bakıda məşhur hospitalda əməliyyatdan sonra ölüm
Bir neçə gün əvvəl Bakının Yasamal rayonunda yerləşən "Olimp Hospital"da əməliyyat olunan Şəmkir sakini qəfil vəfat edib. BAKU.WS İqtisadiyyat.az-a istinadən xə...