"Şikayətimizi eşidən yoxdur, zülm çəkirik" - Nərimanovdan ŞİKAYƏT
Yeniliklərdən dərhal xəbərdar olun
Nərimanovda tikinti işləri sakinlərin narazılığına səbəb olub.
BAKU.WS-in "qaynar xətt"inə Nərimanov rayonu, Ağaneymətulla küçəsi 79 ünvanında yaşayan sakinlərdən şikayət daxil olub.
Sakinlər bildirirlər ki, "Monaliza" restoranının yaxınlığında aparılan tikinti işləri ərazidə ciddi narahatlıq yaradıb. Vətəndaşlar gecə səs-küydən yata bilmirlər. Onların sözlərinə görə, tikinti səbəbindən ərazidə toz-torpaq çoxalıb, yağışlı havalarda isə küçələr palçığa çevrilir.
"Şikayətimizi eşidən yoxdur. Toz-torpaqdan, yağışda palçıqdan zülm çəkirik", – deyə sakinlər bildiriblər.
Vətəndaşlar aidiyyəti qurumlardan ərazidəki vəziyyətin araşdırılmasını və problemin aradan qaldırılmasını xahiş edirlər.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Bakıda qadın sürücü qəza törətdi, ölən var
Bakıda qadın sürücü qəza törədib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə noyabrın 12-də saat 22 radələrində paytaxtın Xəzər rayonunun Türkan qəsəbəsi...